Cavab: Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılanlar (ehtiyata göndərilmə səbəbi araşdırılaraq qeyd edilən maddə ilə ehtiyata göndərilməsi səbəbi əsasız olması müəyyən edilənlər istisna olunmaqla).
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilməklə) və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi"nin 50-ci maddəsinin "z" bəndinə müvafiq olaraq, ehtiyata buraxılanlar (ehtiyata göndərilmə səbəbi araşdırılaraq qeyd edilən maddə ilə ehtiyata göndərilməsi səbəbi əsasız olması müəyyən edilənlər istisna olunmaqla).
Hərbi-həkim komissiyası tərəfindən keçirilən tibbi şəhadətləndirmənin nəticəsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edildikdə;
Peşə psixoloji seçim komissiyası tərəfindən məqsədəuyğun hesab edilmədikdə.
Öyrənilmə tədbirləri keçirilən zaman həqiqi hərbi xidmətə qəbula mane olan digər hallar müəyyən edildikdə.
Xüsusi yoxlamanın nəticəsinə görə həqiqi hərbi xidmətə qəbul edilməsi məqsədəuyğun hesab edilmədikdə.
Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində narkotik və psixotrop maddələrdən istifadə edib-etməməsinin müəyyənləşdirilməsi zamanı tibbi ekspertizanın nəticələrində narkotik və psixotrop maddələrdən istifadə aşkar olunduqda.
Sonuncu xidmət yeri tərəfindən mənfi xarakterizə edildikdə.